
"Neftçi"nin keçmiş prezidenti Orxan Hüseynzadə UEFA tərəfindən təyinat alıb.
Sportnet.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 6-da keçiriləcək “Kayrat” (Qazaxıstan) - “Slovan" (Slovakiya) oyununun UEFA nümayəndəsi olacaq.
Bakı vaxtı ilə 19:00-da start götürəcək matçda ədaləti niderlandlı baş hakimi Serdar Gözübüyük qoruyacaq.
Qeyd eədk ki, qarşılaşma Alma-Ata şəhərinin mərkəzi stadionunda təşkil olunacaq.