UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” – “Omoniya” oyununa biletlər satışa çıxarılıb.

 

Sportnet.az xəbər verir ki, bu barədə Muxtar Respublika təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Avqustun 7-də, saat 20:00-da, “Dalğa Arena”da baş tutacaq görüşə biletlərin qiyməti sektorlara uyğun olaraq 1 və 2 manatdır.

 

Qeyd edək ki, "Araz-Naxçıvan" "Omoniya" ilə cavab oyununu avqustun 14-də Nikosiyada keçirəcək.