
"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi Kipr "Omoniya"sı heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Nikosiya təmsilçisi Niderlandın "Tvente" komandasından Karel Eytinqi transfer edib.
27 yaşlı niderlandlı yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Karel Eytinq ötən mövsümün ikinci yarısını icarə əsasında "Sparta"da keçirib. O, ümumilikdə Niderland Eredivizisinin 2024/25 mövsümündə meydana çıxdığı 28 oyunda 3 qol və eynisayda məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, "Araz-Naxçıvan" "Omoniya" ilə ilk oyununu avqustun 7-də evdə, ikinci matçını isə avqustun 14-də səfərdə keçirəcək.