
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.
Kiyev "Dinamo"su gözlənilmədən “Pafos”a uduzaraq, mərhələ adlamaq şansını çətinə salıb.
Şotlandiayada “Reyncers” Çexiya “Viktoriya”sını darmadağın edərək, pley-off-a vəsiqə şansını xeyli artırıb.
Qeyd edək ki, Azərbaycan təmsilçisi “Qarabağ” Şimali Makedoniyada “Şkendiya”nı 1:0 hesabı ilə məğlub edib.
Mərhələnin daha 6 oyunu isə avqustun 6-da keçiriləcək.
5 avqust
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
21:00 "Malmö" (İsveç) – "Kopenhagen" (Danimarka) – 0:0
22:00 "Dinamo" (Kiyev, Ukrayna) – "Pafos" (Kipr) – 0:1
22:00 "Şkendiya" (Şimali Makedoniya) – "Qarabağ" (Azərbaycan) – 0:1
22:45 "Reyncers" (Şotlandiya) – "Viktoriya" (Plzen, Çexiya) – 3:0