
"Çox razıyam və oyunçularımla fəxr edirəm".
Sportnet.az xəbər verir ki, bunu Bolqarıstanın "Levski" komandasının baş məşqçisi Xose Velaskes evdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hər kəs çox yaxşı iş ortaya qoyub, azarkeşlər də kollektivə inanılmaz dərəcədə müsbət enerji veriblər: "Bu, inanmaq və sonadək mübarizə deməkdir. Çox yaxşı çıxış etdik və daha fərqli - 2:0, 3:1 hesablı qələbələrə layiq idik. Bu, bizim üçün müstəsna qələbədir. Oyunçular son dərəcə yüksək səviyyədə köklənmişdilər. Onlardan bunu görmək bizim üçün böyük şərəfdir".
İspaniyalı mütəxəssis "Sabah"ın heyətində 68-ci dəqiqədə Zinedin Old Xaledin əvəzinə meydana daxil olmuş Abdulax Xaybulayevin çıxışını fərqləndirib: "Nə qədər yaxşı oynasan, qələbəyə o qədər yaxın olarsan. Topla yaradıcı və hərəkətli oyun ortaya qoymaq istəyirik. İlk dəqiqələrdən nəyisə yaxşılaşdırmalı olduq. Fasilədən sonra rəqib Biz bunu ikinci hissədə hiss etdik. Fasilədən sonra onlar vacib futbolçunu buraxaraq, hücumameylli oyunçumuzun qarşısına eyni tipli oyunçunu qoydular. O, mərkəz yarımmüdafiəçiləri "üçlüy"ünə daxil oldu. Nəticədə onlar oyun üslubunu ciddi dəyişdilər. Bununla belə, futbolçularım vəziyyəti düzəldə bildilər".
Velaskes komandasını Azərbaycanda çətin oyunun gözlədiyini etiraf edib: "Cavab görüşü barədə bazar günündən düşünməyə başlayacağam. Bugünkü oyundan yarım saat və ya bir saat sonra matça köklənəcəyəm".