
UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin Bakıda keçiriləcək “Sabah” – “Levski” (Bolqarıstan) matçına satılan biletlərin sayı açıqlanıb.
Sportnet.az klubin rəsmi saytına istinadən xəbər verir ki, indiyə qədər 5000 bilet satılıb.
Əloncə Arenada (Bank Respublika Arena) keçiriləcək matçın biletlrəinin qiyməti müvafiq olaraq 2, 4, 5 manat təşkil edir.
Azarkeşlər biletləri “iTicket.az”ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, “Sabah” – “Levski” matçı avqustun 14-də Əlincə Arenada (Bank Respublika Arena) saat 20:00-da start götürəcək. Komandalar aeaında keçirilən ilk görüş Masazır təmailçisinin 0:1 hesablı məğlubiyyətlə başa çatıb.