
Sofiyanın "Levski" komandası bu gün Bakıda "Sabah"a qarşı oyunda dəstəksiz qalmayacaq.
Sportnet.az xəbər verir ki, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin bu matçını izləmək üçün Bolqarıstandan Azərbaycana 300-ə yaxın azarkeş gəlib. Bu haqda bolqar mediası məlumat yayıb.
Onlardan bəziləri komanda ilə çarter reysi ilə, bəziləri isə özləri ayrıca İstanbula gedərək Azərbaycan paytaxtına səfər ediblər.
Xatırladaq ki, Masazır qəsəbəsində keçiriləcək "Sabah" - "Levski" oyunu saat 21:00-da başlanacaq. İlk matçda bolqarlar 1:0 hesabı ilə qələbə qazanıblar.