
Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Sabah"la qarşılaşacaq Bolqarıstan təmsilçisi "Levski" azarkeşləri üçün ayrılan 400 yerlik sektor tam dolacaq.
Sportnet.az "Match Telegraph" nəşrinə istinadən xəbər verir ki, qarşılaşmanı məhz bu qədər bolqarıstanlı fanat izləyəcək.
Onların əksəriyyəti “Levski” çarter reysi, qalanları avtomobillərlə Azərbaycana gəliblər.
"Levski"ni Azərbaycanda və qonşu ölkələrdə yaşayan bolqarlar da dəstəkləmək üçün matçın təşkil olunacağı Əlincə stadionuna gələcəklər.
Qeyd edək ki, "Sabah" - "Levski oyunu saat 20:00-da start götürəcək. Komandalar arasında Sofiyada keçirilən ilk oyunda Bolqarıstan təmsilçisi 1:0 hesablı qələbə qazanıb.