
AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva yeni təyinat alıb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağayeva qadınlar arasında UEFA Çempionlar Liqası 2025/2026 mövsümündə Albaniyada keçiriləcək mini turnirin UEFA nümayəndəsi olacaq.
Turnirdə 4 komanda iştirak edəcək. Bunlar Albaniya "Vlajniya"sı, Belarus "Dinamo Minsk"i, Lüksemburq "Rasinq"i və Macarıstan "Ferentsvaroş"udur.