
UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanan ilk 3 komandanın adı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Qazaxıstan "Kayrat"ından sonra Norveç "Budö Qlimt"i və Yunanıstan "Pafos"u da bu hüquqa sahib çıxıb.
"Budö Qlimt" öz meydanında 5:0 hesabı ilə darmadağın etdiyi "Şturm"a Avstriyada minimal fərqlə uduzub - 1:2.
"Pafos" isə Serbiyada 2:1 hesabı ilə yendiyi "Srvena Zvezda" ilə öz meydanında heç-heçə edib - 1:1.
Beləliklə, hər 3 klub - "Kayrat", "Budö Qlimt" və "Pafos" tarixlərində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində iştirak hüququ əldə edib.
-----------------------------------
Qazaxıstanın "Kayrat" komandası tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, Almatı təmsilçisi pley-off mərhələsində Şotlandiya "Seltik"ini üstələyib.
Hər iki görüş qolsuz yekunlaşdığından, cütün taleyi penaltilər seriyasında həll olunub. Bu bölümdə "Kayrat" daha dəqiq olaraq, 3:2 hesablı üstünlüklə mərhələ adlayıb. Komandanın qapıçısı Temirlan Anarbekov "Seltik"in 3 penaltisini dəf edərək, qələbədə əsas pay sahibi olub.
--------------------------
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 3 matç keçiriləcək.
Qarşılaşmaların yekununda 3 qalib komanda tarixdə ilk dəfə adını əsas mərhələyə yazdıra bilər. Bunlar Qazaxıstan "Kayrat"ı, Kipr "Pafos"u və Norveç "Budö Qlimt"idir.
"Kayrat" Şotlandiyada qolsuz heç-heçə etdiyi "Seltik"lə üz-üzə gələcək. Almatı komandası qələbə təqdirində, ilk dəfə Çempionlar Liqasında əsas raunda yüksələcək.
"Pafos" Serbiyada 2:1 hesabı ilə qalib gəldiyi "Srvena Zvezda"nı üstələməyə daha yaxındır. Bu ilki yaşamaq üçün Kipr çempionlarına heç-heçə də yetərlidir.
Nəhayət, ötən mövsüm Avropa Liqasında yarımfinaladək irəliləməklə sensasiyaya imza atmış "Budö Qlimt" indi daha bir tarixi nailiyyətin astanasındadır. İlk matçda "Şturm"u 5:0 hesabı ilə darmadağın etmiş Norveç çempionları indi Avstriyada bu fərqin aradan qaldırılmasına imkan verməməlidir.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab görüşləri
26 avqust
20:45. "Kayrat Almatı" (Qazaxıstan) - "Seltik" (Şotlandiya) - 0:0 (penaltilərlə - 3:2)
İlk oyun - 0:0
23:00. "Pafos" (Kipr) - "Srvena Zvezda" (Serbiya) - 1:1
Qollar: Jaja, 89 - Mirko İvaniç, 60
İlk oyun - 2:1
23:00. "Şturm Qrats" (Avstriya) - "Budö Qlimt" (Norveç) - 2:1
Qollar: Seedü Yatta, 30. Tim Örmann, 73 - Matias Yörgensen, 15
İlk oyun - 0:5.
Qeyd edək ki, pley-off mərhələsinin daha 4 cavab görüşü avqustun 27-də keçiriləcək. "Qarabağ" Macarıstanda 3:1 hesabı ilə məğlub etdiyi "Ferentsvaroş"u Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.