
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib.
Sportnet.az xəbər verir ki, bu barədə qurumun prezidenti Aleksander Çeferin bildirib.
Onun sözlərinə görə, 2025/2026 mövsümündən etibarən, turnirin həlledici oyunu Mərkəzi Avropa vaxtı ilə saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00-da) başlayacaq.
Qurum rəhbəri bu qərarın logistika və əməliyyat fəaliyyətlərinin optimallaşdırılması vasitəsilə azarkeşlər, komandalar və ev sahibi şəhərlər üçün ümumi oyun günü təəssüratını yaxşılaşdırmaq, həmçinin bir sıra üstünlüklər təmin etmək məqsədi daşıdığını və oyun günü ailələrin mövsümün ən böyük və vacib klub turnirinin matçlarına asanlıqla qatılmasına imkan verəcək rahat bir atmosfer yaratmaqla əlaqədar olduğunu vurğulayıb.
Qeyd edək ki, indiyədək final oyunları saat 23:00-da başlanıb.