
“Zirə”nin legioner futbolçularından Anje Mutsinzi Ruanda, İssa Cibrila Niger millisinə dəvət alıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məkumat yayıb.
Qeyd edək ki, Ruanda millisi DÇ-2026-nın seçmə mərhələsində sentyabrın 6-da Nigeriyanın, 9-da isə Zimbabvenin qonağı olacaq. Niger yığması sentyabrın 5-də Mərakeş, 9-da isə Tanzansiya ilə qarşılaşacaq. Niger də hər iki görüşünü səfərdə keçirəcək.