
Almaniya "Bayer"i baş məşqçi Erik ten Haqı istefaya göndərib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Komandaya maydan rəhbərlik edən niderlandlı mütəxəssis Leverkuzen komandasında 3 ay duruş gətirib. Bundesliqanın ilk 2 turunda "Bayer" cəmi 1 xal toplayıb.
Qeyd edək ki, Erik ten Haq daha əvvəl İngiltərə "Mançester Yunayted"i və Niderland "Ayaks"ında çalışıb. O, mankunianlara İngiltərə Kuboku və Liqa Kubokunu, amsterdamlılara isə ölkə çempionluğunu qazandırıb.