
“Arsenal” yarımmüdafiəçisi Reiss Nelson-un yeni komandası müəyyənləşib.
Sportnet.az xəbər verir ki, 25 yaşlı futbolçu 2025/26 mövsümünün sonuna qədər “Brentford” klubuna icarəyə verilib.
Müqavilə sentyabrın 1-də rəsmiləşib. Premyer Liqa təmsilçisi mövsümün sonunda futbolçunu tam transfer etmək hüququna da sahib olacaq.