İrlandiya milli komandasının sabiq futbolçusu Demyen Daff yeni klubundan alacağı məbləği xeyriyyə məqsədilə istifadə edəcək. Sportnet.az-ın məlumatına görə, 36 yaşlı futbolçu yerli "Şemrok Rovers" komandası ilə müqavilə bağlayıb.
Daff vətənində fəaliyyət göstərən "Heart Children Ireland" təşkilatının səfiridir. O, İngiltərənin "Blekbern", "Çelsi", "Nyukasl" və "Fulhem" klubları ilə birgə ürəyində qüsur olan uşaqlar üçün yardım kampaniyaları təşkil edib. Daffın da oğlu ürək qüsuru ilə doğulub.
Qeyd edək ki, Demyen Daffın yeni komandası "Şemrok Rovers" Avropa Liqasında mübarizə aparır. Komanda I təsnifat mərhələsində Lüksemburq təmsilçisi "Proqress"i üstələyərək (0:0, 3:0), növbəti mərhələyə yüksəlib.