
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu səfərdə Ermənistana qarşı 2026-cı il dünya çempionatının seçmə oyunundan əvvəl azyaşlı fanatı Areqanın arzusunu yerinə yetirib.
Sportnet.az xəbər verir ki, 40 yaşlı hücumçu xərçəng xəstəliyi ilə mübarizə aparan uşağa avtoqraf verib.
Azyaşlı Portuqaliya millisinin avtobusunun yanına əlil arabasında gətirilib. Avtoqrafdan sonra Ronaldu onkoloji xəstəyə ürək-dirək verməyə çalışıb.
Qeyd edək ki, hazırda davam edən oyunda Portuqaliya Ermənistana qalib gəlir - 4:0. Qollardan 2-ni Kriştianu Ronaldu vurub.