
"Neftçi"nin futbolçusu Edvin Kuç Monteneqro yığmasının səfərdə Xorvatiya qarşı keçirdiyi 2026-cı il dünya çempionatının seçmə qrup matçında avtoqol müəllifi olub.
Sportnet.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi qarşılaşmanın 85-ci dəqiqəsində topu öz qapısına göndərib.
Monteneqro millisinə "Qarabağ"dan dəvət Marko Yankoviç isə görüşü cəzalı olduğu üçün buraxıb. O, sentyabrın 5-də evdə Çexiyaya 0:2 hesabı ilə uduzduqları görüşdə növbəti sarı vərəqəni alaraq, limiti doldurub.
Qeyd edək ki, Xorvatiya yığması Monteneqroya 4:0 hesabı ilə qalib gəlib.