
Türkiyənin I Liqasında mübarizə aparan "Sakaryaspor" klubu Vissam Ben Yedderlə müqavilə imzalayıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti xəbər yayıb.
“Klubumuz Vissam Ben Yedder ilə razılığa gəlib. Ona yaşııl-qara formanımız altında uğurlar arzulayırıq. Xoş gəlmisən, Vissam Ben Yedder".
Qeyd edək ki, 35 yaşlı fransalı hücumçu karyerası ərzində İspaniyanın "Sevilya" və Fransanın "Monako" kimi komandalarının da şərəfini qoruyub.