
Azərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "Kəpəz" və "Araz-Naxçıvan" komandaları arasındakı turun açılış oyunu Rauf Cabarova tapşırılıb.
"Neftçi" və "Sabah"ın üz-üzə gələcəyi mərkəzi qarşılaşma isə çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədova həvalə edilib.
Məmmədov ötən mövsüm "Sabah" lehinə mübahisəli qərarları ilə diqqət çəkib. Bu, son olaraq, özünü Azərbaycan Kubokunun finalında "Qarabağ"a qarşı görüşdə göstərib. Hətta həmin oyundan sonra Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov hakim idarəçiliyindən narazılığını gizlətməyib.
Azərbaycan Premyer Liqası, IV tur
12 sentyabr (cümə)
17:45. “Kəpəz” – “Araz-Naxçıvan”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
20:00. “Qarabağ” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azersun Arena”
13 sentyabr (şənbə)
16:30. “İmişli” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Azər Əsgərov
Quba OİK stadionu
19:00. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Azersun Arena”
14 sentyabr (bazar)
16:30. “Şamaxı” – “Karvan-Yevlax”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Şamaxı şəhər stadionu
19:00. “Neftçi” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Elşad Abdullayev, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Neftçi Arena”.