
Norveç millisinin futbolçusu Erlin Holann Moldova yığması ilə 2026-cı il dünya çempionatının seçmə qrup matçında penta-trik edərək, adını tarixə yazdırıb.
Sportnet.az xəbər verir ki, 25 yaşlı hücumçu XXI əsrdə mundialın seçmə oyunlarında 5 qol vuran ilk oyunçu olub.
Bu, həmçinin 1977-ci ildən sonra ilk penta-trikdir.
48 il əvvəl Hans Krankl Avstriya - Malta oyununda bu qədər fərqlənib.
Qeyd edək ki, Moldovaya 11:1 hesabı ilə qalib gələn Norveç millisi 15 xalla I qrupuna başçılıq edir. Növbəti rəqib oktyabrın 11-də İsrail olacaq. Bu görüş də Osloda keçiriləcək.