
Venesuela millisinin baş məşqçisi Fernando Batista vəzifəsindən göndərilib.
Komanda.az xəbər verir ki, bu barədə Venesuela Futbol Federasiyası məlumat yayıb.
Qərarın komandanın nəticələrinin qənaətbəxş olmaması səbəbindən verildiyi bildirilib. DÇ-2026-nın seçmə mərhələsində 18 xalla 8-ci yeri tutan komanda final mərhələsinə vəsiqə qazana bilməyib.
55 yaşlı argentinalı mütəxəssis 2023-cü ilin martından komandanı çalışdırırdı. Venesuela millisi Batistanın rəhbərliyi altında 28 oyun keçirib, bunlardan 9-da qələbə qazanıb. 8 dəfə heç-heçə oynayan komanda qalan görüşlərdə məğlub olub.