
Moldova millisinin baş məşqçisi Sergey Kleşenko istefa verib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Moldova Futbol Federasiyası xəbər yayıb.
Ölkə yığması sentyabrın 9-da 2026-cı il dünya çempionatının seçmə oyununda Norveçə 1:11 hesabı ilə uduzub.
Komandadakı situasiya məşqçilər komitəsinin iclasında müzakirə olunacaq. Daha sonra qərar qəbulu üçün İcraiyyə Komitəsinə təqdim ediləcək.
Xatırladaq ki, Sergey Kleşenko Moldova millisinə 2021-ci ildən rəhbərlik edirdi. Hazırda yığma I qrupunda 5 oyundan sonra xalsızdır. Bütün görüşlərindən qələbə ilə ayrılan Norveçin 15 xalı var. Oktyabrın 14-də Moldova Estoniya ilə üz-üzə gələcək.