
"Bu gözəl stadionda oynamaq və Lissabonda olmaq bizim üçün çox xoşdur".
Sportnet.az xəbər verir ki, Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyada "Benfika"ya qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk tur matçından öncə mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis bəzi səbəblər üzündən oyuna istədikləri kimi yaxşı səviyyədə hazırlaşa bilmədiklərini söyləyib: "Lakin hər bir halda xeyli təcrübəmiz var. İnanıram ki, futbolçularımız sabah ən yaxşı oyunlarından birini ortaya qoyacaqlar. Çünki uzun müddətdir Çempionlar Liqasının əsas mərhələsində çıxış etmirdik. Bu turnirdə iştirak etmək hər bir futbolçunun arzusu idi. İnanıram ki, sabah çətinmədən ən yaxşı oyunlarından birini sərgiləyəcəklər".