Rusiya I Liqasında Moskvanın "Rodina" və Voronejin "Fakel" kollektivləri arasında keçirilmiş X tur matçı kütləvi toqquşma ilə yekunlaşıb.
Sportnet.az xəbər verir ki, "Ximki" stadionunda təşkil olunmuş qarşılaşmanın ardından komandaların futbolçuları və personalı arasında münaqişə yaşanıb.
Toqquşma tezliklə kütləvi davaya çevrilib. İnsident nəticəsində baş hakim İqor Kaplyonkov qırmızı və sarı vərəqələr göstərib.
Görüş "Rodina"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Fakel" lider "Ural"dan bir xal geri düşərək, 22 xalla 3-cü pilləyə enib. Paytaxt təmsilçisi isə 16 xalla 7-ci yeri tutur.








































































