
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan İspaniya "Atletik"i futbolçu itkisi ilə üzləşib.
Sportnet.az Bilbao təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Benyat Prados sol dizindən ciddi zədə alıb.
24 yaşlı oyunçu 2025/2026 mövsümünün qalan hissəsini buraxmalı olacaq.
Ona əvvəlcədən güman edildiyi kimi, sadəcə dartılma yox, ön çarpaz bağlarında qırıq diaqnozu qoyulub.
Ötən mövsüm meydana start heyətdə müntəzəm çıxan Prados tezliklə əməliyyat olunacaq. O, mərkəz müdafiəçisi Unay Egilus kimi ciddi zədəlilər sırasına qoşulacaq.
Qeyd edək ki, "Qarabağ" "Atletik"lə III turda - oktyabrın 22-də Bilbaodakı "San Mames" stadionunda üz-üzə gələcək.