
AFFA İntizam Komitəsinin bugünkü iclasında I Liqada çıxış edən klublardan 2-si cərimələnib.
Sportnet.az xəbər verir ki, bunlar ""Şahdağ Qusar" və "Səbail"dir.
Qusar təmsilçisi I tur MOİK-lə səfər oyununda 5 futbolçusunun sarı vərəqə alması üzündən 210 manat, 90+1-ci dəqiqədə azarkeşlərinin meydançaya kənar əşyalar atmaları səbəbindən 700 manat ziyana düşüb.
Paytaxt klubu isə “Mingəçevir”lə ev matçında 4 futbolçusu sarı vərəqə alması ilə əlaqədar 210 manat, azarkeşləri pirotexniki vasitədən istifadə etdiklərinə görə 900 manat ödəyəcək.