
"Heç bir ciddi izahat verə bilmirəm. Sadəcə, bilməyim lazımdır ki, növbəti dəfə daha yaxşı oynamaqdan ötrü məğlubiyyətə necə reaksiya verim. Hər bir oyun vacibdir və biz dərhal reaksiya verməliyik".
Sportnet.az xəbər verir ki, bunu Portuqaliya "Benfika"sının futbolçusu Samuel Dal evdə "Qarabağ"a 2:3 hesabı ilə uduzduqları Çempionlar Liqasının Liqa mərhələsinin ilk tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
Baş məşqçi Brunu Lajinin ünvanına yönələn tənqidlərə gəldikdə, 22 yaşlı isveçli müdafiəçi praqmatik fikirlər səsləndirib: "Bu barədə heç bir fikrim yoxdur. Oyunçuyam və öz rolumu meydanda oynayıram. Hər gün məşq edir və baş məşqçi məni meydana buraxmağı qərara aldığı hər bir matçda əlimdən gələni edirəm. Vəssalam".