
Pedru Qonsalveş Anqola millisinin baş məşqçi postundan istefaya göndərilib.
Sportnet.az-ın məlumatına görə, buna yığmanın 2026-cı il dünya çempionatının seçmə mərhələsindəki qeyri-qənaətbəxş nəticələri səbəb olub.
Anqolanın son matçında Mavrikiy üzərində 3:1 hesablı qələbəsi də portuqaliyalı mütəxəssisə kömək etməyib.
Seçmə mərhələnin sonuna 2 tur qalmış Anqola D qrupunda 2-ci yeri tutan Kamerundan 5, Liviyadan 4 xal geri qalır.
Qeyd edək ki, Pedru Qonsalveş yığmaya 2019-cu ildə baş məşqçi təyin olunub.