
"Onun ayrılığı mənim baxışımdan çətin bir qərar idi. Ailə üzvüm kimi idi".
Sportnet.az xəbər verir ki, bunu Türkiyənin "Fənərbağça" klubunun prezidenti Ali Koç Joze Mourinyonun Portuqaliya "Benfika"sının baş məşqçisi kimi təqdimat mərasimində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Koç "Fənər"ə gedişini səhv addım adlandıran Mourinyoya belə cavab verib: "Məncə, bu qərarın hər iki tərəf üçün yanlış olduğu ortaya çıxdı. "Özüm səviyyəmdə bir komandaya gəldim" deyir. Gözəl. Mən onu həmişə belə xatırlayacağam. 99 xal yığdığımız mövsümdə parlayan bütün futbolçularımız gerilədilər. Bunu özünə də dedim. Belə bir səviyyəli baş məşqçi bu cür açıqlama verərkən özünü kiçildir. Çempionlar Liqasından ələnməyi bir futbolçu ilə (Kerem Aktürkoğlu - red.) əlaqələndirir. Adamlar o futbolçunu vermədi. İş elə gətirdi ki, mərhələnin taleyini də Kerem Aktürkoğlunun qolu müəyyənləşdirdi".