Azərbaycan Premyer Liqasında V turun ikinci oyun günündə daha bir görüş "Sabah" və "Turan Tovuz" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Bank Respublika Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
İlk qolu 56-cı dəqiqədə Velko Simiç vurub. 90+7-ci dəqiqədə isə Pavol Şafranko penaltini dəqiq yerinə yetirib.
Bu qələbə sayəsində "Sabah" xalını 7-yə çatdıraraq, 5-ci pilləyə yüksəlib. Komandanın ehtiyatda təxirə salınmış "Qarabağ"la oyunu da var. Çempionatda ikinci məğlubiyyətlə üzləşən "Turan Tovuz" isə 9 xalla 4-cüdür.
Xatırladaq ki, ilk oyun günündə "İmişli" səfərdə "Karvan-Yevlax"ı 3:0, "Zirə" evdə "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edib. Bu gün isə "Qəbələ" "Kəpəz"ə böyük hesabla qalib gəlib - 3:0.
Tura sentyabrın 21-də keçiriləcək "Araz-Naxçıvan" - "Qarabağ" və "Sumqayıt" - "Neftçi" oyunları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, V tur
20 sentyabr (şənbə)
17:00. “Qəbələ” – “Kəpəz” - 3:0
Qollar: Adriel Ba Loua, 44. Prins Ovusu, 59; 67
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ şəhər stadionu
19:30. “Sabah” – “Turan Tovuz” - 2:0
Qollar: Velko Simiç, 56. Pavol Şafranko, 90+7 (penalti ilə)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Əli Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bank Respublika Arena”
------------------------------
Azərbaycan Premyer Liqasında V turun növbəti oyunu "Qəbələ" və "Kəpəz" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.
FIFA referisi Kamal Umudlunun idarə etdiyi matçda hesabı 44-cü dəqiqədə Adriel Ba Loua açıb. Prins Ovusu isə 59-cu və 67-ci dəqiqələrdə fərqlənərək, "dubl" edib.
Beləliklə, ilk qələbəsini qazanan "Qəbələ" xalını 4-ə çardırıb və 8-ci pilləyə yüksəlib. 5 oyundur uduzan "Kəpəz" isə xalsızdır və sonuncu - 12-ci yerdə qərarlaşıb.
----------------------
Bu gün Azərbaycan Premyer Liqasında V turun növbəti görüşləri keçiriləcək.
Sportnet.az xəbər verir ki, günün ilk matçı Qəbələ şəhər stadionunda baş tutacaq.
FIFA refesi Kamal Umudlunun idarə edəcəyi oyunda "Qəbələ" və "Kəpəz" komandaları üz-üzə gələcək.
Hazırda bu kollektivlər Premyer Liqanın son 2 pilləsində qərarlaşıblar. "Qəbələ" indiyədək 1 xal qazanmağı bacarıbsa, "Kəpəz" ilk 4 qarşılaşmasının hamısında uduzub.
Şəxsi oyunlarda da üstünlük "qırmızı-qaralar"ın tərəfindədir. İndiyədək keçirilmiş 28 matçın 11-də "Qəbələ", 9-da "Kəpəz" qələbə qazanıbsa, 8-i heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də üstünlük birincilərin tərəfindədir - 34:17.
Lakin “Kəpəz” "Qəbələ"yə qarşı son üç qarşılaşmada qol vurub. Gəncə təmsilçisi axırıncı 4 səfərdə xal qazanıb.
Günün digər matçı "Sabah" və "Turan Tovuz" arasında baş tutacaq. Yenə qeyri-sabit çıxışı ilə seçilən Masazır təmsilçisi 3 oyundan 4 xalla 8-ci yerdə gedir. Tovuz komandası isə 4 oyundan 9 xalla 4-cüdür. Baş məşqçi Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv qələbə qazansa, liderliyə yüksələcək.
İndiyədək bu iki komanda arasında 12 görüş keçirib. "Sabah" 5, "Turan Tovuz" 4 dəfə qalib gəlibsə, 3 matç heç-heçə ilə bitib. Topların nisbətində isə Tovuz komandası öndədir - 17:16.
“Turan Tovuz” son 8 şəxsi matçda qol vurub. Son 4 şəxsi görüşdə hər iki komanda qol sevinci yaşayıb.
Azərbaycan Premyer Liqası, V tur
20 sentyabr (şənbə)
17:00. “Qəbələ” – “Kəpəz” - 3:0
Qollar: Adriel Ba Loua, 44. Prins Ovusu, 59; 67
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ şəhər stadionu
19:30. “Sabah” – “Turan Tovuz” - 2:0
Qollar: Velko Simiç, 56. Pavol Şafranko, 90+7 (penalti ilə)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Əli Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bank Respublika Arena”
Xatırladaq ki, ilk oyun günündə "İmişli" səfərdə "Karvan-Yevlax"ı 3:0, "Zirə" evdə "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edib. Tura sentyabrın 21-də keçiriləcək "Araz-Naxçıvan" - "Qarabağ" və "Sumqayıt" - "Neftçi" oyunları ilə yekun vurulacaq.










































































