
Ukraynanın “Dinamo Kiyev” və “Şaxtyor” klublarının qapıçısı olmuş Artur Rudko ölkəni qanunsuz tərk etməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb.
Sportnet.az sport24.ua-ya istinadən xəbər verir ki, 33 yaşlı qolkiper karyerasını Azərbaycanda, "Qəbələ” klubunda davam etdirməyi planlaşdırırıb.
Lakin sərhəd keçidindəki uğursuz cəhd bu planı pozub və indi onun müqavilə imzalamaq şansı yoxdur.
Rudko Ukrayna - Moldova sərhədini keçməkdə uğursuz cəhdindən sonra saxlanılıb. Qanunsuz çıxışın təşəbbüskarı isə bir Telegram kanalı olub. Qaçışa qatılan hər kəs 8 min dolları kriptovalyuta ilə ödəməli idi.
Rudko karyerasındakı son klubu “Çernomorets”i 2024/2025 mövsümündən sonra tərk edib. O, azad agent olub.
Xatırladaq ki, Ukraynadakı müharibə ilə əlaqədar hərbi xidmətə çağırışı olan şəxslər yalnız müvafiq dövlət qurumlarının icazəsi ilə ölkəni tərk edə bilərlər.