
"Turan Tovuz" klubu səfərdə "Sabah"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının V tur matçının hakimliyindən narazı qalıb.
Sportnet.az xəbər verir ki, Tovuz təmsilçisi bununla bağlı rəsmi saytı vasitəsilə video paylaşıb.
Mübahisəli qərarların əks olunduğu videonu klub belə təqdim edib: "2 qərar, 0 ədalət, - 3 xal"
Qeyd edək ki, oyunu baş hakim Rəvan Həmzəzadə idarə edib.