
71-ci dəfə keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin 36 iştirakçısıya baş mükafatdan əlavə, daha çox pul qazanma şansı verir.
Sportnet.az Football365 nəşrinə istinadən xəbər verir ki, Liqa mərhələsində iştirak klublara bir neçə mənbədən gəlir qazandıra bilər.
Əsas mərhələdəki klublar arasında hazırda 2,1 milyard funt sterlinq bölüşdürülüb. Nəticədə hər bir kluba 16,2 milyon funt düşüb.
Habelə, tezliklə nəticələrdən asılı olan ödənişlər, teleyayım qazancları da bura daxil ediləcək.
Beləliklə, Çempionlar Liqasında mükafat fondu belə bölüşdürüləcək:
1. Bərabər gəlirlər - 16,2 milyon funt məbləğində start ödəniş. Bu, Liqa mərhələsinə düşən bütün klublara onların sonrakı nəticələrindən asılı olmayaraq, ödəniləcək.
2. Nəticələrdən asılı olan ödənişlər - 793,6 milyon funt
- Hər qələbəyə 1,8 milyon funt
- Hər bir püşkə 608 min funt
- Liqa mərhələsində hər bir yerə görə pillədən asılı olaraq artan məbləğ - 36-cı yeri tutan 238 min funt, 1-ci yeri tutan 8,57 milyon funt
- Hər bir mərhələyə görə 608 min funt - Yekunda reytinq ödənişi kimi proporsional bölünür
- Televiziyada baxılma reytinqinə görə 740,6 milyon funt - Bu göstəricinin bölüşdürülməsini hesablamaq çətindir. Amma məbləğ daha çox iri klublara aiddir
Beləliklə, Liqa mərhələsindəki klubların matçların keçirilməsi və digər amillər nəzərə alınmadan mükafat bölgüsü belədir (milyon funt sterlinq):
1) "Mançester Siti" – 57.42
2) PSJ – 56.3
3) "Bavariya" – 55.34
4) "Liverpul" – 54.9
5) "Real Madrid" – 53.95
6) "Çelsi" – 50.84
7) "Arsenal" – 50.13
8) "Barselona" – 49.52
9) "Borussiya Dortmund" – 48.76
10) "İnter" – 46.65
11) "Bayer Leverkusen" – 46.41
12) "Tottenhem" – 44.92
13) "Atletiko Madrid" – 44.68
14) "Ayntraxt Frankfurt" – 40.66
15) "Yuventus" – 39.56
16) "Vilyarreal" – 38.23
17) "Marsel" – 37.91
18) "Benfika" – 37.21
19) "Atalanta" – 37.04
20) "Monako" – 36.52
21) "Napoli" – 34.69
22) "Ayaks" – 32.44
23) PSV – 32.09
24) "Brügge" – 31.98
25) "Nyukasl" – 30.35
26) "Sportinq" – 28.77
27) "Olimpiakos" – 28
28) "Atletik Bilbao" – £26.71
29) "Budö Qlimt" – 27.22
30) "Kopenhagen" – 26.9
31) "Slaviya Praqa" – 24.35
32) "Qalatasaray" – 22.36
33) "Qarabağ" – 22.25
34) "Yunion" – 22.17
35) "Pafos" – 18.71
36) "Kayrat" – 17.59
Liqa mərhələsinin yekununda isə qazanc belə olacaq (milyon funt sterlinq):
1) £8.57
2) £8.33
3) £8.09
4) £7.85
5) £7.62
6) £7.38
7) £7.14
8) £6.9
9) £6.66
10) £6.43
11) £6.19
12) £5.95
13) £5.71
14) £5.47
15) £5.24
16) £4.99
17) £4.76
18) £4.52
19) £4.28
20) £4.05
21) £3.81
22) £3.57
23) £3.33
24) £3.09
25) £2.86
26) £2.62
27) £2.38
28) £2.14
29) £1.9
30) £1.67
31) £1.43
32) £1.19
33) £0.952
34) £0.714
35) £0.476
36) £0,238
Liqa mərhələsindəki hər bir qələbə, heç-heçə və turnir cədvəlindəki yerə görə ödənişdən əlavə, Çempionlar Liqasındalkı irəliləyişlərə görə də ciddi məbləğlər nəzərdə tutulub:
Qrupdan çıxma - 868 min funt
1/8 final - 9,55 milyon funt
1/4 final - 10,85 milyon funt
1/2 final - 13,02 milyon funt
Finalçılar - hərəyə 16,06 milyon funt
Qalib - 21,7 milyon funt
Bu məbləğlər mərhələni dayandırma qarşılığında anlamına gəlir. Yəni, mərhələni davam etdirənlər üçün üst-üstə gəlmir.
UEFA Super Kubokuna vəsiqə 3,47 milyon funt, Superkubokda qələbə isə 868 min funt əlavə gəlir gətirəcək.