
Qazaxıstanlı biznesmen Tursenqali Alaquzov "Kayrat"ın hər bir futbolçusuna Çempionlar Liqasında Liqa mərhələsinin II turunda İspaniya "Real Madrid"i üzərində qələbə qarşılığında avtomobil hədiyyə edəcək.
Sportnet.az-ın məlumatına görə, iş adamı sentyabrın 30-da keçiriləcək oyun öncəsi belə bir vəd verib.
O, videomüraciətində deyib: "10 gündən sonra sevimli "Kayrat"ımızın "Real Madrid"lə oyunu olacaq. Mən bir vətənpərvər kimi və öz doğum günüm ərəfəsində vəd edirəm: "Kayrat" qələbə qazansa, bütün meydanda olan oyunçuların hər birinə avtomobil hədiyyə edəcəyəm. Almatı dünyanın paytaxtı, "Kayrat" çempiondur"!
Qeyd edək ki, Tursenqali Alaquzov hazırda Qazaxıstanın 75 ən varlı biznesmenindən biri sayılır. 55 yaşlı iş adamı 130 milyard dollarla 61-ci yerdə qərarlaşıb. O, Qazaxıstan və Mərkəzi Asiyada alkoqolsuz içkilərin istehsalçısı olan "GALANZ bottlers" şirkətinin sahibi və Direktorlar Şurasının sədridir. Onun Çimkənddə pivə zavodu, eləcə də "JFood Kazakhstan" adlı un və makaron məmulatları konserni də var.