
Türkiyənin "Fənərbağça" klubunun 38-ci prezidenti Sadəttin Saran seçilib.
Sportnet.az-ın məlumatına görə, Saran seçkidə son prezident Ali Koçu 257 səs fərqi ilə üstələyib.
O, 24 393 səsin 12 325-ni qazanıb. Koç isə 12 068 səs toplayıb.
Saran seçimdən sonra verdiyi açıqlamada çempion olana qədər bayram və təbriklərin olmayacağını bildirib: "İndi Ali bəylə dostluğumuz daha da güclənir. Onun 7 illik, Aziz Yıldırımın 20 illik təcrübələrindən faydalanmalıyıq. Kuboku mən, Ali Koç və Aziz Yıldırım birlikdə qaldıracağıq. Bu, mənim ən böyük xəyalımdır. Bu birliyi təmin etsək, düşmənlərimiz nə olacağını düşünsünlər".
Fenerbahçe Başkanı Sadettin Saran: İlk işimiz; Aliciymiş, Sadettinciymiş demeden, liyakate göre hareket edip, Samandıra'yı, Fenerbahçe ruhunu Kadıköy'ü canlandırmak. pic.twitter.com/OYW8qGIP9D
— HT Spor (@HTSpor) September 21, 2025