
İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi spirtli içki aludəçisi olduğunu etiraf edib.
Sportnet.az-ın məlumatına görə, keçmiş hücumçu "Goal" nəşrinə açıqlamasında alkoqol asılılığından xilas olmağa xanımının kömək etdiyini bildirib.
Runi həyat yoldaşından 20 ildir dəstək gördüyünü söyləyib: "Mən öz həyatımı yaşamaq, evdən çıxaraq dostlarla ünsiyyətdən zövq almaq istəyirdim. Nəticədə çox uzağa getdim. Həyatımda elə an oldu ki, alkoqolla mübarizə apardım. Kiməsə müraciət edə biləcəyimi düşünmürdüm. Kiməsə yük olmaq istəmirdim".
Qeyd edək ki, Ueyn Runi "Everton"un yetirməsidir. O, daha sonra "Mançester Yunayted"ə keçib. Runi "qırmızı şeytanlar"ın heyətində 5 qat İngiltərə çempionluğu, 2008-ci ildə Çempionlar Liqası, 2017-ci ildə Avropa Liqası, eləcə də İngiltərə Kuboku və 4 dəfə İngiltərə Super Kuboku əldə edib. Veteran futbolçu 2019-cu ildən məşqçilik fəaliyyəti ilə məşğul olur.