UEFA Çempionlar Liqasının II turunda son 9 qarşılaşma keçirilib.
Sportnet.az xəbər verir ki, gecənin mərkəzi görüşü İspaniyada "Barselona" ilə turnirin son qalibi Fransa PSJ-si arasında keçirilib.
Oyun qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
"Qarabağ"ın rəqiblərindən İspaniya "Atletik"i Almaniyada "Borussiya Dortmund" komandasına böyük hesabla uduzub - 1:4. "Napoli" isə İtaliyada Portuqaliya "Sportinq"inə qalib gəlib - 2:1.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
1 oktyabr
20:45. “Yunion” (Belçika) – “Nyukasl” (İngiltərə) - 0:4
Qollar: Nik Voltemade, 17. Entoni Qordon, 43 (pen.); 64 (pen.). Harvi Barns, 80
20:45. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka) - 2:0
Qollar: Abdullah Zubir, 28. Emmanuel Addai, 83
23:00. “Arsenal” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) - 2:0
Qollar: Qabriel Martinelli, 12. Bukayo Saka, 90+2
23:00. “Bayer” (Almaniya) – PSV (Niderland) - 1:1
Qollar: Kristian Kofane, 65 - İsmael Saybari, 72
23:00. “Vilyarreal” (İspaniya) – “Yuventus” (İtaliya) - 2:2
Qollar: Jorj Mikautadze, 18. Renato Veyqa, 90 - Federiko Qatti, 49. Fransisko Konseysao, 56
23:00. “Napoli” (İtaliya) – “Sportinq” (Portuqaliya) - 2:1
Qollar: Rasmus Höylunn, 36; 79 - Luis Suares, 62 (pen.)
23:00. “Monako” (Fransa) – “Mançester Siti” (İngiltərə) - 2:2
Qollar: Cordan Teze, 18. Erik Dayer, 90 (pen.) - Erlin Holann, 15; 44
23:00. “Borussiya Dortmund” (Almaniya) – “Atletik” (İspaniya) - 4:1
Qollar: Daniel Svensson, 28. Karni Çukvuemeka, 50. Seri Girassi, 82. Yulian Brandt, 90+1 - Qorka Quruzeta, 61
23:00. “Barselona” (İspaniya) – PSJ (Fransa) - 1:2
Qollar: Ferran Torres, 19 - Senni Meyülü, 38. Qonsalu Ramuş, 90














































































