
"Özüm stadionda idim. Komandamızı şəxsən təbrik etdim".
Sportnet.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Danimarka "Kopenhagen"i üzərində Tofiq Bəhramov adına Respublika stadionunda qazandığı 2:0 hesablı qələbə barədə danışarkən deyib.
"Mən də sizin kimi, bütün Azərbaycan xalqı kimi azarkeşlik edirdim. Təbii ki, çox qürurluyuq. Növbəti oyunlarda da komandamızdan yaxşı nəticələr gözləyəcəyik".
Qeyd edək ki, "Qarabağ" ilk iki oyununu qələbə ilə başa vurub. Hazırda Azərbaycan klubu 6 xalla 6-cı pillədə qərarlaşıb.
Mən də stadionda idim.