
"Turan Tovuz"un futbolçusu Faiq Hacıyev ilk dəfə Azərbaycan millisinə dəvət alıb.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi Fransa və Ukraynaya qarşı DÇ-2026-nın seçmə qrup oyunlarına çağırılıb.
Baş məşqçi Ayxan Abbasov sonuncu dəfə millidə 2021-ci il mayın 27-də Türkiyəyə qarşı cəmi 27 dəqiqə forma geyinmiş Murad Xaçayevə də şans verib.
Hacıyev bu mövsüm "Turan Tovuz"un heyətində Azərbaycan Premyer Liqasındakı 7 oyunun hamısında çıxış edib və VI turda "Kəpəz"lə matçda (3:0) qollardan birinin müəllifi olub.
Qeyd edək ki, Fransa ilə görüş oktyabrın 10-da “Park de Prens”də, Ukraynaya qarşı oyun isə oktyabrın 13-də Polşanın Krakov şəhərindəki “Krakoviya” stadionunda olacaq.