
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, 6 qarşılaşmanın yekununda "Şəki", "Qaradağ Lökbatan", "Dinamo", "Ağstafa Gəncləri", "Göygöl" və "Xankəndi" mərhələ adlayıb.
Onlardan yalnız "Xankədi" səfərdə çıxış edərək, "Quba"nı yenməyi bacarıb. Qalan 5 komanda isə ev oyunlarından qalib ayrılıb.
Azərbaycan Kuboku
I təsnifat mərhələsi
9 oktyabr
"Şəki" - "Araz Saatlı" - 3:2
"Qaradağ Lökbatan" - "Ağdaş" - 8:0
"Dinamo" - "Kür Araz" - 3:2
"Ağstafa Gəncləri" - "Şirvan" - 1:0
10 oktyabr
"Göygöl" - "Şəmkir" - 1:0
"Quba" - "Xankəndi" - 1:2.