
Qana millisi 2026-cı il dünya çempionatına vəsiqə vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, Otto Addonun baş məşqçi olduğu kollektiv qarşıdakı mundialın 21-ci iştirakçısı olub.
"Qara ulduzlar" Aftika zonası üzrə seçmə mərhələnin X turunda evdə Komor adaları yığması üzərində 1:0 hesablı qələbə qazanaraq, hədəfinə çatıb.
Qələbə topunu 47-ci dəqiqədə İngiltərə "Tottenhem"inin futbolçusu Məhəmməd Kudus vurub.
Bununla da xalını 25-ə çatdıran Qana I qrupunda DÇ-2026 vəsiqəsini verən birinci yeri tutub. Bu münasibətlə FIFA prezidenti Canni İnfantino şəxsi təbriklərini çatdırıb.
Hazırda DÇ-2026-ya vəsiqəni 21 ölkə təmin edib: Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Ekvador, Braziliya, ABŞ, Kanada, Tunis, Mərakeş, Meksika, Misir, Paraqvay, Uruqvay, Kolumbiya, Əlcəzair və Qana.