Hazırda İtaliya "Fiorentina"sında çıxış edən Edin Ceko UEFA Konfrans Liqasında tarixə düşüb.
Sportnet.az-ın məlumatına görə, bosniya və herseqovinalı hücumçu buna Avstriyada "Rapid Vyana" komandası ilə matçda fərqlənməklə nail olub.
Florensiya təmsilçisinin ikinci qolunu vuran 39 yaşlı qolkiper turnirin ən yaşlı qol müəllifi ünvanına sahib olub. Oyun İtaliya klubunun qələbəsi ilə yekunlaşıb - 3:0.
Xatırladaq ki, Edin Ceko "Fiorentina"da bu mövsümdən etibarən çıxış edir.



































































