Kuopio şəhərini təmsil edən KuPS komandası finişə bir tur qalmış Finlandiya çempionu olub.
Sportnet.az xəbər verir ki, 64 xal yığan klub 8-ci dəfə ölkənin ən güclüsü adını qazanıb.
İkinci yerdə gedən "İlves"in 60 xalı var. "Üçlüy"ü Turku şəhərinin təmsilçisi "İnter" 58 xalla qapayır.
Qeyd edək ki, KuPS növbəti mövsüm Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.









                 





    
    
    
    
    
    
    
    

























































