İngiltərə Premyer Liqası klubunun futbolçusuna silahla hədə-qorxu gəlməkdə şübhəli bilinən futbol agenti saxlanılıb.
Sportnet.az-ın BBC-yə istinadən məlumatına görə, hadisə 6 sentyabrda Londonda baş verib.
Təxminən 20 yaşlı futbolçuya qarşı törədilən bu olay “dəhşətli insident” kimi xarakterizə olunur. Futbolçunun adı istintaqın məxfiliyinə görə açıqlanmır. Onun klubu hadisə barədə məlumatlandırılıb.
İddiaya görə, həmin şəxs eyni zamanda başqa bir kişini də şantaj edib və hədələyib.
31 yaşlı şübhəli şəxs 8 sentyabrda odlu silah saxlamaq, şantaj və sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmək ittihamları ilə həbs olunub. Daha sonra zaminə buraxılıb, lakin istintaq davam edir.









































































