“Napoli”nin baş məşqçisi Antonio Konte komandanın hazırkı durumu barədə yerli mətbuata bir sıra açıqlamalar verib.
Sportnet.az xəbər verir ki, italiyalı mütəxəssis ardıcıl məğlubiyyətlərdən sonra komandanın vəziyyətindən narazılığını açıq şəkildə ifadə edib:
“Beş oyunu ardıcıl uduzmaq o deməkdir ki, nəsə düz getmir. Mən buna sadəcə baxıb susa bilmərəm. Dəyişiklik lazımdır, çünki bu komanda belə davam edə bilməz. Əgər gərək olsa, məsuliyyəti birinci öz üzərimə götürəcəyəm. Hazırda komandada birliyin olmadığını hiss edirəm. Hər kəs yalnız öz problemlərinə fokuslanıb. Hər oyunçu öz içində mübarizə ruhunu tapmalıdır. Komandada oynamaq o demək deyil ki, minimumu yerinə yetirib meydanı tərk edəsən. “Napoli” kimi klub üçün oynamaq fədakarlıq, istək və qələbə aclığı tələb edir. Mən bu vəziyyəti əvvəllər də yaşamışam və indi buna dözməyəcəyəm. Bu məsələni klub rəhbərliyi ilə ciddi şəkildə müzakirə edəcəyəm”.
Xatırladaq ki, A Seriyasının 11 turundan sonra “Napoli” 22 xal toplayaraq turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Komanda lider “İnter” və “Roma”dan iki xal geri qalır.
Qeyd edək ki, "Napoli" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun 25 noyabr tarixində İtaliyada baş tutacaq.














































































