Donetskin "Şaxtyor" klubu futbol üzrə Ukrayna "Super Kubokunun qalibi olub. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Mirça Luçeskunun komandası Kiyev "Dinamo"sunu 2:0 hesabı ilə yenib.
Hər iki qol uzatma dəqiqələrində vurulub. 90+2-ci dəqiqədə Dario Srna penaltini dəqiq yerinə yetirib. Bundan 2 dəqiqə sonra isə Bernard son nöqtəni qoyub.
Qeyd edək ki, "Dinamo" matçı 9 nəfərlə başa vurub. Komanda üzvlərindən qapıçı Aleksandr Şovkovski ilə Sergey Rıbalkaya sarı vərəqə göstərilib.