Braziliyanın "San Paulu" komandasının futbolçusu Oskarın ürəyində tibbi baxış zamanı problemlər aşkarlanıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarəti altına alınıb.
Hazırda onun vəziyyətinin sabit olduğu bildirilir.
Qeyd edək ki, Oskar "San Paulu"ya 2025-ci ildə qayıdıb. O, Avropada İngiltərənin "Çelsi" klubunda çıxışı ilə tanınır. "Sambaçı" "zadəganlar"la İngiltərə çempionluğu, İngiltərə Liqa Kuboku və Avropa Liqasını qazanıb.














































































