Uelsin Kardiff şəhərindəki "Printsipaliti" stadionu 2028-ci il Avropa çempionatının rəsmi açılış məkanı kimi seçilib.
Sportnet.az-ın "Daily Mail" nəşrinə istinadən məlumatına görə, yarımfinallar və final oyununa isə İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionu ev sahibliyi edəcək.
AVRO-2028 4 ölkədə - İngiltərə, Uels, Şotlandiya və İrlandiyada keçiriləcək. 24 ölkənin qatılacağı qitə çempionatında 51 oyun keçiriləcək.
Start oyunu 2028-ci il 9 iyun tarixində, final isə 9 iyulda olacaq.
İngiltərə yığması ilk matçını Mançester şəhərindəki "Etihad" stadionunda keçirəcək. Növbəti iki oyun "Uembli"də olacaq. İrlandiya, Şotlandiya və Uels isə Dublin, Qlazqo və Kardiff şəhərlərində oynayacaqlar.












































































