U-12 Liqasında çıxış edən "Difai" komandası yarışdan kənarlaşdırılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
"Kürdəmir"lə oyun "Difai"nin təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb. Ağsu təmsilçisi artıq 3-cü dəfədir oyuna gəlmədiyi üçün komanda yarışlardan kənarlaşdırılıb.








































































