2026-cı il dünya çempionatının seçmə mərhələsində 4 qrup üzrə mübarizəyə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, son turun ilk oyun günündə 8 görüş keçirilib.
Qarşılaşmaların yekununda daha 2 ölkə DÇ-2026-ya birbaşa vəsiqəyə yiyələnib. F qrupunda Portuqaliya evdə Ermənistanı 9:1. I qrupunda Norveç səfərdə İtaliyanı 4:1 hesabı ilə yenərək, bu hüququ əldə edib. Skandinaviyalılar 1998-ci ildən sonra ilk dəfə mundiala yollanacaqlar.
Bu qruplardan İrlandiya və İtaliya, Azərbaycan millisinin yer aldığı D qrupundan isə Ukrayna ikinci yerin sahibi kimi pley-offa vəsiqə qazanıb.
Daha əvvəl Avropa zonasından İngiltərə, Fransa və Xorvatiya da DÇ-2026-da iştirak hüququ əldə edib.
---------------------------
Bu gün 2026-cı il dünya çempionatının seçmə qrup mərhələsində sonuncu tura start veriləcək.
Sportnet.az xəbər verir ki, turun ilk oyun günündə 4 qrupda 8 görüş keçiriləcək.
Qruplardan ikisində Fransa və İngiltərə yığmaları ilk pillənin sahibləri kimi DÇ-2026-ya birbaşa vəsiqəyə yiyələniblər.
D qrupunda Fransa Bakıda Azərbaycan millisinin qonağı olacaq. Qrupun digər qarşılaşmasında isə Ukrayna - İslandiya matçı pley-offa vəsiqə verən ikinci yerin taleyinə aydınlıq gətirəcək. Ukrayna Polşada qəbul edəcəyi İslandiya ilə eyni xala malik olsa da, topların nisbətində geri qalır. Bu səbəbdən, Sergey Rebrovun baş məşqçi olduğu kollektivə yalnız qələbə lazımdır.
F qrupunda Portuqaliya kapitanı Kriştianu Ronaldunun cəza üzündən oynamayacağı matçda Ermənistanı qəbul edəcək. Portuqaliya xal itirsə, qrupun digər oyununda Macarıstan İrlandiya üzərində 2 top fərqi ilə qələbə sayəsində birinci pilləyə yüksələrək, DÇ-2026-ya vəsiqə əldə edə bilər.
I qrupunda İtaliya - Norveç matçı diqqət mərkəzində olacaq. Meydan sahiblərinə 9 top fərqi ilə qələbə lazımdır ki, birinci pilləni ələ keçirsin. Əks halda, skandinaviyalılar DÇ-2026-ya vəsiqəni rəsmiləşdirəcək.
K qrupunda isə Albaniya - İngiltərə və Serbiya - Latviya görüşləri formal xarakter daşıyacaq. Çünki İngiltərə qrup qalibi kimi DÇ-2026-ya, Albaniya isə ikinci pillənin sahibi olaraq, pley-offa vəsiqəni ötən tur təmin edib.
DÇ-2026, seçmə mərhələ
16 noyabr
D qrupu
21:00. Azərbaycan - Fransa - 1:3
Qollar: Renat Dadaşov, 4 - Jan-Filipp Mateta, 17. Manes Akliuş 30. Şahrudin Məhəmmədəliyev, 45 (öz qapısına)
21:00. Ukrayna - İslandiya - 2:0
Qollar: Oleksandr Zubkov, 83. Oleksiy Qutsulyak, 90+3
Xal durumu: Fransa - 16, Ukrayna - 10, İslandiya - 7, Azərbaycan - 1
F qrupu
18:00. Macarıstan - İrlandiya - 2:3
Qollar: Daniel Lukaç, 4. Barnabaş Varqa, 37 - Troy Parrott, 15 (pen.); 80; 90+6
18:00. Portuqaliya - Ermənistan - 9:1
Qollar: Renatu Veyqa, 7. Qonsalu Ramuş, 28. Juan Neveş, 30; 41; 81. Brunu Fernandeş, 45+3 (pen.); 52; 72 (pen.). Fransişku Konseysao, 90+2 - Eduard Spertsyan, 18
Xal durumu: Portuqaliya - 13, İrlandiya - 10, Macarıstan - 8, Ermənistan - 3
I qrupu
23:45. İtaliya - Norveç - 1:4
Qollar: Pio Espozito, 11 - Antonio Nusa, 63. Erlin Holann, 78; 79. Yörgen Strand Larsen, 90+3
23:45. İsrail - Moldova - 4:1
Qollar: Dor Turgeman, 21 (pen.). Roy Revivo, 65.
Eliel Perets, 85. Vladislav Baboqlo, 88 (öz qapısına) - İon Nikolaesku, 37
Qırmızı vərəqə: Sergey Perçun, 18 (Moldova)
Xal durumu: Norveç - 24 xal, İtaliya - 18, İsrail - 12, Estoniya - 4, Moldova - 1
K qrupu
21:00. Albaniya - İngiltərə - 0:2
Qol: Harri Keyn, 74; 82
21:00. Serbiya - Latviya - 2:1
Qollar: Aleksandar Katai, 49. Aleksandar Stankoviç, 60 - Vladislav Qutkovski, 12
Xal durumu: İngiltərə - 24 xal, Albaniya - 14, Serbiya - 13, Latviya - 5, Andorra - 1















































































